525.Az

Avropa həbsxanalarında sıxlıq problemi


 

Avropa həbsxanalarında sıxlıq problemi<b style="color:red"></b>

Avropa Şurası bildirib ki, həbsxanaların həddindən artıq sıxlığı Avropada “kəskin və davamlı problem” olaraq qalıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, qərargahı Strasburqda yerləşən Avropa Şurasının üzv dövlətlərin həbsxanalarındakı şəxslərlə bağlı illik hesabatı dərc olunub.

Hesabata görə, Avropada həbsxanalarda sıxlıq problemi davam edir. Şura bunu “kəskin və davamlı problem” adlandırıb.

Cənubi Kipr Rum Administrasiyası, Rumıniya, Fransa, Belçika, Macarıstan, İtaliya və Sloveniyadakı həbsxanalarında hər 100 tutumlu sahəyə ən azı 105 məhbusun düşdüyü bildirib.

Avropada həbsxanalardakı məhbusların sayı 2022-2023-cü ilin yanvar aylarında 2,4 faiz artaraq 1 milyon 36 min 680-ə çatıb.

Araşdırmanı aparan qrupun rəhbəri olan Lozanna Universitetindən prof. Marcelo Aebi, Avropada ikinci ildir ki, həbsxanadakıların sayının artdığına diqqət çəkib.

Malik Atilay

 





11.06.2024    çap et  çap et