525.Az

İspaniyada tələbələr Fələstinə dəstək üçün yolu bağlayıblar


 

İspaniyada tələbələr Fələstinə dəstək üçün yolu bağlayıblar<b style="color:red"></b>

Fələstinə dəstək üçün təxminən bir aya yaxındır İspaniyanın paytaxtı Madriddəki Complutense Universitetinin kampusunda çadır qurub gecələyən tələbələr yol bağlama aksiyası keçiriblər.

525.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 100-ə yaxın universitet tələbəsi Madrid şəhər mərkəzində kampusdan keçən yola çadırlarını daşıyaraq yolu bağlayıb, nəqliyyatı 2 saat dayandırıb.

Xəbərdarlıqdan sonra polis nümayişçilərə müdaxilə edərək dinc etiraz edən və onlara müqavimət göstərməyən tələbələri bir-bir yoldan uzaqlaşdırıb.

“Yaşasın Fələstin” mahnısını birlikdə oxuyan və əl-ələ tutaraq insan zənciri əmələ gətirən tələbələrə ətrafa toplaşan dostları da alqışlarla dəstək olub.

Qeyd edək ki, polisin fövqəladə tədbir gördüyü etiraz aksiyası dincliklə başa çatıb.

Malik Atilay 

 





11.06.2024    çap et  çap et