525.Az

BMT: Sudan dünyanın ən böyük daxili miqrasiya böhranını yaşayır


 

BMT: Sudan dünyanın ən böyük daxili miqrasiya böhranını yaşayır<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) dünyanın ən böyük daxili miqrasiya böhranının Sudanda davam edən müharibə səbəbindən baş verdiyini bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, OCHA-nın "X" platformasındakı yazısında "Sudan bir milyondan çox qaçqını səxavətlə qəbul edən ölkə idi. İndi o, dünyanın ən böyük daxili miqrasiya böhranını yaşayır", - ifadələrdən istifadə edilib.

Yazıda vurğulanıb ki, Sudanda davam edən müharibə "dəhşətli ölçülərdə heç vaxt bitməyən humanitar fəlakətə səbəb olub".

Malik Atilay 

 





11.06.2024    çap et  çap et