525.Az

Azərbaycanın U-21 millisi Bolqarıstanla heç-heçə etdi


 

Azərbaycanın U-21 millisi Bolqarıstanla heç-heçə etdi<b style="color:red"></b>

Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirib.

QOL.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da keçirilən matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, milli iyunun 7-də Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.

11 iyun

20:00. Azərbaycan U-21 - Bolqarıstan U-21 - 0:0
“Liv Bona Dea Arena”

 





11.06.2024    çap et  çap et