“Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin seçilmiş əsərlərinin II cildi çapdan çıxıb.
525.az-ın məlumatına görə, bu cildə şairin nəsr əsərləri – məqalələri, müsahibəsi, hekayələri, pyesləri, “Mavi nəğmənin sahilində” povesti və “Pillələr” romanı daxil edilib. Əli Kərimin nəsr əsərləri ilk dəfə bir kitab halında oxuculara təqdim edilir.
Kitaba şairin indiyədək işıq üzü görməmiş əsərləri də daxil edilib.
Cildin tərtibçisi və redaktoru filologiya elmləri doktoru Paşa Əlioğludur.
çap et