525.Az

Bakıda "Sahil" metrostansiyasının qarşısında səki genişləndirilir


 

Bakıda "Sahil" metrostansiyasının qarşısında səki genişləndirilir<b style="color:red"></b>

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axınını, eləcə də intensivliyi təhlil edib.

525.az-ın AYNA-ya istinadən verdiyi məlumata görə, nəticələrə əsasən böyük piyada axını müşahidə edilən "Sahil" metrostansiyasının qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb.

Artıq bu istiqamətdə işlərə başlanılıb.

 





12.06.2024    çap et  çap et