525.Az

Bu il kiberhücumların orta qiyməti 12,7 milyon dollara bərabərdir


 

Bu il kiberhücumların orta qiyməti 12,7 milyon dollara bərabərdir<b style="color:red"></b> “Ponemon Institute” ekspertlərinin qənaətinə görə, cari ildə kiberhücumların orta qiyməti 12,7 milyon dollar təşkil edir. Mütəxəssislərin araşdırmasına əsasən, ötən il bu göstərici 11,56 milyon dollara bərabər olub.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kiberhücumların 2014-cü il üçün qiyməti” qlobal hesabatında insidentlərin 2010-cu ilin göstəricisi ilə müqayisədə 95 faiz bahalaşdığı bildirilib.
 
Bununla belə, ekspertlər əmindirlər ki, bu informasiya şirkətlərin kompüter infrastrukturunun mühafizəsinə diqqət yetirməməsi demək deyil.
 
“Ponemon Institute”un təsisçisi Larri Ponemonun sözlərinə görə, qeyd olunan faktlar, əksinə, müəssisələrin kompüter sistemlərinin mühafizəsinin yüksək səviyyədə olmasından xəbər verir.
 
Tədqiqat zamanı şirkət mütəxəssisləri yeddi ölkədə 257 şirkətin iki min nümayəndəsinin fikrini öyrənib.

Məlum olub ki, ABŞ müəssisələri zərərli kodun tətbiqi ilə hücumlarla daha çox rastlaşır. Onlarda “DoS” hücumlara az təsadüf edildiyi qeyd olunur.
 
Qeyd etmək lazımdır ki, 2014-cü ildə “DoS” hücumların orta qiyməti 166 545 dollar təşkil edib. Şirkət əməkdaşlarının səbəb olduğu insidentlər daha bahalı (213 542 dollar) olub.
 





12.10.2014    çap et  çap et