525.Az

Tokioda 35 şagird bibər qazından zəhərləndi


 

Tokioda 35 şagird bibər qazından zəhərləndi<b style="color:red"></b>

Yaponiyanın paytaxtı Tokioda bir məktəbdə bibər qazından istifadə edilməsi nəticəsində 35 şagirdin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

525.az xəbər verir ki, paytaxtın ən sıx yerlərindən biri olan Şinjukuda Tokio Koreya Məktəbinin sinif otağına təsadüfən bibər qazı səpilib. Belə ki, qaza məruz qalan 35 şagird müxtəlif şikayətlər, xüsusilə də göz ağrıları ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisədən sonra məktəbə polis göndərilib və hadisənin təfərrüatları araşdırılıb.

Məhəmməd Tağıyev

 





12.06.2024    çap et  çap et