525.Az

Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb


 

Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyasının tərkibindəki Şimali Osetiya-Alaniya Respublikasında "Su-34" qırıcı təyyarəsinin qəzaya uğraması və iki pilotun həlak olması barədə məlumat yayıb.

525.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus "Su-34" döyüş təyyarəsinin Şimali Osetiya-Alaniya Respublikasının dağlıq bölgəsində planlaşdırılmış təlim uçuşu zamanı boş ərazidə qəzaya uğradığı və təyyarənin hər iki pilotunun həlak olduğu bildirilib.

İlkin məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və Müdafiə Nazirliyinin nümayəndə heyəti hadisə yerinə gedib.

Qeyd edək ki, "Su-34" gecə, gündüz və müxtəlif şəraitdə quru və hava hədəflərinə qarşı istifadə olunur.

Məhəmməd Tağıyev

 





12.06.2024    çap et  çap et