525.Az

ABŞ-də avtomobil yolu sürüşmə nəticəsində çöküb


 

ABŞ-də avtomobil yolu sürüşmə nəticəsində çöküb<b style="color:red"></b>

ABŞ-nin Vayominq ştatında torpaq sürüşməsi nəticəsində yol çöküb.

525.az xəbər verir ki, Vayominq meri Mark Qordon iyunun 8-də verdiyi açıqlamada hadisənin görüntüləri ilə birlikdə Teton aşırımında sürüşmə nəticəsində yolun çökdüyünü açıqlayıb.

Belə ki, Qordon magistral yolun yenidən qurulması üçün dövlət nəqliyyat agentliyinin geoloqlar və mühəndislərindən ibarət qrupunun hadisə yerində olduğunu bildirib.

Səlahiyyətlilər magistralın asfalt örtüyündə əvvəllər çatlar əmələ gəldiyini və sonra tamamilə çökdüyünü qeyd edib.

Məhəmməd Tağıyev

 





12.06.2024    çap et  çap et