525.Az

Malavinin vitse-prezidenti təyyarə qəzasında öldü


 

Malavinin vitse-prezidenti təyyarə qəzasında öldü<b style="color:red"></b>

Malavi vitse-prezidenti Saulos Klaus Çilima və heyətindəki 9 nəfər təyyarə qəzasında həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Malavi Prezident Aparatından verilən açıqlamada Çilimanı və onunla birlikdə 9 sərnişini daşıyan hərbi təyyarə qəzaya uğrayıb.

Açıqlamada Çilimanın və təyyarədəki 9 nəfərin həyatını itirdiyi bildirilib.

Paytaxt Lilonqvedən Mzuzu şəhərinə uçan təyyarə axşam saatlarında radarlardan itib.

Malavi prezidenti Lazarus Çakvera təyyarənin pis hava şəraiti və zəif görmə səbəbindən Mzuzu hava limanına enə bilmədiyini və bir müddət sonra radarlardan itdiyini açıqlayıb.

Axtarış tədbirləri nəticəsində itən təyyarənin qalıqları Mzuzu şəhərinin cənubundakı Çikanqava meşəsində tapılıb.

Malik Atilay

 





12.06.2024    çap et  çap et