525.Az

Qəzzaya gedəcək 2 min yük maşını Misirdə gözləyir


 

Qəzzaya gedəcək 2 min yük maşını Misirdə gözləyir<b style="color:red"></b>

Rəfah Sərhəd Qapısının bağlanması səbəbindən Qəzza zolağına getməyi planlaşdırılan humanitar yardım və ticarət məhsulları daşıyan 2 mindən çox yük maşınının Misir tərəfində gözlədiyi açıqlanıb.

525.az xəbər verir ki, Misirdə Qəzzaya getmək üçün gözləyən çox sayda yük maşınının görüntüsü Avropa İttifaqı Mülki Müdafiə və Humanitar Yardım Baş İdarəsinin sosial media hesabında paylaşılıb.

Belə ki, təxminən 2,3 milyon fələstinlinin aclıqla mübarizə apardığı Qəzzaya yardım və ticarət məhsulları daşıyan yük maşınlarının bölgədə cəmləşdiyi müşahidə edilib.

Məhəmməd Tağıyev

 





12.06.2024    çap et  çap et