525.Az

Konqoda qayıq batıb: 86 itkin


 

Konqoda qayıq batıb: <b style="color:red">86 itkin</b>

Konqo Demokratik Respublikasının May-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.

525.az xəbər verir ki, Mushie şəhərindən May-Ndombedəki Kva çayı üzərindəki Lebida şəhərinə hərəkət edən qayıq mühərrikin nasazlığı səbəbilə sahilə çırpılaraq batıb.

Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşən 86 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün çay və göllərdən istifadə olunur.

Məhəmməd Tağıyev

 





12.06.2024    çap et  çap et