Liviyanın Qanunsuz İmmiqrasiya ilə Mübarizə Bölməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq edərək 163 banqladeşli qeyri-qanuni immiqrantı deportasiya edib.
525.az xəbər verir ki, bölmədən verilən açıqlamada Liviyada yaşamaq icazəsi olmayan qeyri-qanuni mühacirlərə qarşı əməliyyatların davam etdiyi bildirilib.
Belə ki, IOM ilə əməkdaşlıq çərçivəsində iyunun 10-da Benqazinin Benina hava limanından Banqladeş vətəndaşı olan 163 qeyri-qanuni mühacir öz ölkələrinə deportasiya edilib.
Məhəmməd Tağıyev
çap et