525.Az

Bakı-ƏIət yolunda yerüstü piyada keçidləri üçün platformalar quraşdırılacaq


 

Bakı-ƏIət yolunda yerüstü piyada keçidləri üçün platformalar quraşdırılacaq<b style="color:red"></b>

Sabah saat 08:00-dan 18:00-dək Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 69-cu km-də (paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissədə) inşa olunan yerüstü piyada keçidləri üçün platformalar quraşdırılacaq.

525.az-bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəri yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

 





12.06.2024    çap et  çap et