525.Az

NATO Ukraynaya ildə 40 milyard dollarlıq silah verəcək


 

NATO Ukraynaya ildə 40 milyard dollarlıq silah verəcək<b style="color:red"></b>

NATO-nun müdafiə nazirləri iyunun 13-də keçiriləcək iclasda Ukraynaya ildə 40 milyard dollar dəyərində silahların verilməsi planını təsdiq edəcəklər. Silahların tədarükünü Alyans koordinasiya edəcək.

525.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiq edəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir", - o deyib. 

Stoltenberqin sözlərinə görə, plana uyğun olaraq, NATO ölkələri Ukraynaya hər il 40 milyard dollar hərbi yardım etməlidir: “Münaqişə başlayandan NATO ölkələri hər il 40 milyard dollar hərbi yardım göstəriblər. Biz bu minimumu lazım olan müddətədə qədər saxlamalıyıq".

Pərvanə Sultanova
 

 





12.06.2024    çap et  çap et