525.Az

Ukrayna F-16-lar üçün Rumıniyadakı bazalardan istifadə edə bilər


 

Ukrayna F-16-lar üçün Rumıniyadakı bazalardan istifadə edə bilər <b style="color:red"></b>

"Ukrayna Rumıniyadakı hava bazalarından F-16 qırıcıları üçün hərbi baza kimi istifadə etməyi planlaşdırır". 

525.az xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris "YouTube" kanalında açıqlamasında deyib. 

“Aydındır ki, əsl məqsəd F-16-ları Rumıniyadakı bazalardan idarə etməkdir. Məhz bu, onların əvvəldən planlaşdırdıqlarıdır", - o bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Avropada Niderlandda yerləşən ilk F-35 qırıcıları iyun ayında alyansın nüvə missiyalarını yerinə yetirməyə hazır olacaq.

Pərvanə Sultanova

 





12.06.2024    çap et  çap et