525.Az

Yalçın Rəfiyev Marşal Adalarının nümayəndə heyəti ilə danışıqlar aparıb


 

Yalçın Rəfiyev Marşal Adalarının nümayəndə heyəti ilə danışıqlar aparıb<b style="color:red"></b>

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Marşal Adalarının nümayəndə heyəti ilə danışıqlar aparıb.

525.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iyun ayında keçirilən iqlim görüşlərində işini davam etdirərək, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində hər bir tərəfin gözləntilərini və ehtiyaclarını müzakirə etmək üçün Marşal Adaları nümayəndə heyəti və “Umbrella” qrupu koalisiyası ilə danışıqlar aparıb”, - paylaşımda qeyd edilib.

 





13.06.2024    çap et  çap et