525.Az
Bakı Uşaq Teatrı İranda keçiriləcək festivalda iştirak edəcək
Bakı Uşaq Teatrı İran İslam Respublikasına dəvət alıb.
APA-nın məlumatına görə, teatrın kollektivi oktyabrın 17-dən 24-dək Mərivan şəhərində keçiriləcək “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı”nda iştirak edəcək.
İrana səfər müddətində oktyabrın 15-də Ərdəbil şəhərində keçirilən “I Təkəm Meydan Tamaşaları Festivalı”na qonaq qismində qatılacaq kollektiv daha sonra Mərivan şəhərinə yola düşəcək.
13.10.2014
çap et