525.Az

"Sumqayıt" legioneri ilə yolları ayırdı


 

"Sumqayıt" legioneri ilə yolları ayırdı<b style="color:red"></b>

"Sumqayıt" futbolçusu Oktavio Manteka ilə yolları ayırıb.

525.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçən 30 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb.

"Sumqayıt" Oktavioya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.

Qeyd edək ki, Oktavio Manteka ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşması olmaqla ümumilikdə 29 matçda meydana çıxıb.

 





13.06.2024    çap et  çap et