525.Az

Yunanıstanda anomal isti: Məktəblər və Akropol bağlanıb


 

Yunanıstanda anomal isti: <b style="color:red"> Məktəblər və Akropol bağlanıb</b>

Yunanıstanda anomal istilər səbəbindən məktəblər bağlanıb və Akropola turistlərin qəbul edilməsi dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə temperatur 43 dərəcə yüksəlib.

Bu qərar insanların təhlükəsizliyini təmin etmək üçün verilib. Yerli media turistlərin Akropola girmək üçün növbəyə durarkən huşunu itirdiklərini yazır.

Akropolu ziyarət etməyi planlaşdıran turistlər qərardan narazılıqlarını bildirərək, Yunanıstan rəsmilərinin bu barədə əvvəlcədən məlumat vermədiyini bildiriblər. Akropol ən çox ziyarət olunan məkandır, keçən il buraya 4 milyon turist gəlib.

Yunanıstan səlahiyyətliləri sağlamlıq problemləri olan dövlət işçilərinə kəskin istilər davam edənə qədər evdən işləmək barədə bildiriş göndərib.

Yunanıstanda ötən həftədən güclü istilər hökm sürür. Havanın kəskin istiləşməsinə səbəb kimi Şimali Afrikadan isti hava və toz gətirən cənub küləkləri göstərilir.

Yunanıstan Avropanın iqlimdən ən çox təsirlənən ölkələrindən biridir. Keçən il temperaturun yüksəlməsi ölümcül meşə yanğınlarına səbəb olub və qeyri-müntəzəm yağan yağışlar əkin sahələrinə ziyan vuraraq ölkənin tarixində ən pis daşqınlara gətirib çıxarıb.

Pərvanə Sultanova

 





13.06.2024    çap et  çap et