525.Az

ABŞ-dən Norveçə 1,94 milyard dollarlıq hərbi satış


 

ABŞ-dən Norveçə 1,94 milyard dollarlıq hərbi satış<b style="color:red"></b>

ABŞ Xarici İşlər Nazirliyi Norveçə təxminən 1,94 milyard dollar dəyərində qabaqcıl orta mənzilli hava raketləri və digər hərbi texnikanın satışını təsdiqləyib.

525.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyindən (DSCA) edilən yazılı açıqlamada Norveçin 300 ədəd "AIM-120C-8" Qabaqcıl Orta mənzilli Hava Raketi, 20 raket yönləndirmə sistemi və digər hərbi materialların alınmasını tələb etdiyi bildirilib.

Açıqlamada təxminən 1,94 milyard dollar dəyərində raket və hərbi texnikanın alınması tələbinin Xarici İşlər Nazirliyi tərəfindən qəbul edildiyi və müvafiq sənədlərin Konqresin təsdiqinə təqdim edildiyi bildirilib.

Məhəmməd Tağıyev

 





13.06.2024    çap et  çap et