525.Az

Malavidə vitse-prezidentin öldüyü təyyarə qəzası ilə bağlı araşdırma başlayıb


 

Malavidə vitse-prezidentin öldüyü təyyarə qəzası ilə bağlı araşdırma başlayıb<b style="color:red"></b>

Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın ölümü ilə nəticələnən təyyarə qəzasının səbəblərini araşdırmağa göstəriş verib.

525.az xəbər verir ki, bu barədə “The Nation” nəşri məlumat yayıb.

“Malavi Müdafiə Qüvvələri bu gün faciənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Bilirəm ki, bəzi ölkələrin bu sahədə təcrübəsi var və mən onlara kömək üçün müraciət edirəm”, - prezident deyib.

O, axtarış-xilasetmə əməliyyatında vaxtında köməy gəldikləri üçün xarici hökumətlərə minnətdarlığını bildirib.

Xatırladaq ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə qatı duman səbəbindən ölkənin Bombo bölgəsində qəzaya uğrayıb. Xilasedicilər təyyarənin və ölənlərin cəsədlərinin qalıqlarını iyunun 11-də Çikanqva meşəsi ərazisində aşkar ediblər.

Pərvanə Sultanova

 





13.06.2024    çap et  çap et