ABŞ-nin Florida ştatı meri Ron DeSantis bəzi bölgələrə təsir edən daşqınlar səbəbilə fövqəladə vəziyyət elan edib.
525.az xəbər verir ki, DeSantis verdiyi yazılı açıqlamada ştatda güclü yağışın davam edəcəyinə diqqət çəkərək: "Növbəti bir neçə gün ərzində Cənubi Florida üçün əlavə güclü yağış və tufanlar gözlənilir ki, bu da artıq təsirə məruz qalmış və təsirlənməyə davam edən ərazilərdə vəziyyəti daha da pisləşdirəcək", - deyib.
Belə ki, bu çərçivədə ştatda fövqəladə vəziyyət elan edilib və daşqınların mümkün təsirinə qarşı tədbir görülüb.

Məhəmməd Tağıyev
çap et