Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi Macarıstanın Aİ qanunlarını pozan sığınacaq sistemini tətbiq etməyə davam etdiyinə görə 200 milyon avro cərimə ödəməsinə qərar verib.
525.az xəbər verir ki, məhkəmənin dərc etdiyi qərar mətnində, Macarıstanın da məhkəmə hökmü ilə Aİ qanunlarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi hər gün üçün 1 milyon avro cərimə ödəməli olduğu bildirilib.
Qərarda Macarıstanın Aİ-nin sığınacaq siyasətinə qəsdən məhəl qoymadığı vurğulanıb və bu vəziyyətin Aİ qanunvericiliyində görünməmiş və son dərəcə ciddi pozuntu təşkil etdiyi qeyd edilib.
Məhəmməd Tağıyev
çap et