ABŞ-də "V-22 Osprey" tipli hərbi nəqliyyat təyyarələrinin təhlükəsizlik və performans qiymətləndirmələri tamamlanmadığı üçün ən azı 2025-ci ilə qədər havaya qalxmasına icazə verilməyəcək.
525.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığının rəsmisi Karl Çebi Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinə ifadə verib.
Son qəzaları nəzərə alaraq "V-22 Osprey" təyyarələrinin təhlükəsizliyini və performansını qiymətləndirmək üçün ən az 6-9 ay vaxt lazım olduğunu vurğulayan Çebi, bu müddət ərzində təyyarələrin havaya qalxmayacağını bildirib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Yaponiyada 8 ABŞ əsgərinin həyatını itirdiyi qəzadan sonra "V-22 Osprey"lərin yerdə qalmasına qərar verilmişdi.
Məhəmməd Tağıyev
çap et