Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) dünyada məcburi köçkünlərin sayının 120 milyona çatdığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT QAK "Məcburi Köçkünlükdə Qlobal Trend 2024" adlı hesabatını dərc edib.
Hesabatda məcburi köçkünlükdə 12 il ardıcıl artım olduğu bildirilsə də, ötən ilki rəqəmlərin dünya miqyasında tarixi yeni səviyyələrə çatdığı qeyd edilib.
Ümumi sayının 2024-cü ilin may ayı etibarilə 120 milyona çatdığı bildirilən hesabatda, Sudan, Qəzza və Myanmada davam edən qarşıdurmaların yeni köçkünlərə səbəb olduğu və bunlara təcili həll yollarının tapılmasının lazım olduğu vurğulanıb.
Köçürülmə hallarının artmasının yeni və uzun illərdir davam edən böhranların həllində “uğursuzluğu” əks etdirdiyi vurğulanıb, dünyanın bu vəziyyət qarşısında laqeydliyinə və fəaliyyətsizliyinə qarşı xəbərdarlıq edilib.
Hesabatda qeyd edilib ki, məcburi köçkünlərin sayı dünyada əhalisinin sıx məskunlaşdığı 12-ci yerdə olan Yaponiyaya bərabərdir.
Köçkünlük rəqəmlərinin artmasına ən böyük töhfənin Sudanda davam edən dağıdıcı qarşıdurmaların olduğu bildirilib və 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyü, 1,9 milyon sudanlının isə qonşu ölkələrə köçdüyü bildirilib.
Malik Atilay
çap et