ABŞ-də federal böyük münsiflər heyəti 58 yaşlı Mark Adams Prietonu rep konsertində Afrika əsilli amerikalılara qarşı kütləvi hücum planlaşdırmaqda ittiham edib.
525.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, ABŞ-də cinayət təhqiqatının ittiham aktına çevrilməsində rolu olan federal böyük münsiflər heyəti Prietoya qarşı ittiham aktı hazırlayıb.
İddianamədə Prietonun hücum planı çərçivəsində bir nəfərə iki tüfəng satdığı iddia edilib və bütün istintaq boyu hər addımın səlahiyyətlilər tərəfindən yaxından izləndiyi ifadə edilib.
Qeyd edək ki, 58 yaşlı Prieto ilə bağlı istintaq gizli şahidin FTB-ə məlumat verməsindən sonra başlayıb.
Məhəmməd Tağıyev
çap et