Bəhreynin paytaxtı Manamada bazarda baş verən yanğında yaralananların olduğu və 25 mağazanın yandığı açıqlanıb.
525.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi "X" platformasında verdiyi açıqlamada mülki müdafiə qruplarının Manama bazarında çoxmərtəbəli binada baş verən yanğını söndürməyə çalışdıqları bildirib.
Açıqlamada sözügedən yanğının söndürülməsi üçün 16 texnika və 63 nəfərin çalışdığı, səlahiyyətli qurumların bölgədə lazımi prosedurların aparıldığı qeyd edilsə də, yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, köhnə Manama bazarında baş verən yanğında xəsarət alanların olduğu, 25-dən çox mağazanın yandığı vurğulanıb.
Məhəmməd Tağıyev
çap et