“Birləşmiş Ştatlar öz silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə razılıq verməyib, bu siyasət dəyişməz olaraq qalır”.
525.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə Ukraynaya silah və hərbi texnika tədarükünün koordinasiyası ilə məşğul olan Qərb qrupunun növbəti iclasının yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Rusiyaya dərin zərbələr endirməklə bağlı siyasətimiz dəyişməyib. Pentaqon rəhbəri xatırladıb ki, ABŞ prezidenti Co Bayden yalnız Ukraynanın Xarkov vilayəti ilə həmsərhəd olan Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verib.
Pərvanə Sultanova
çap et