525.Az

Kanada anti-Rusiya sanksiyalarını genişləndirib


 

Kanada anti-Rusiya sanksiyalarını genişləndirib<b style="color:red"></b>

Kanada hakimiyyəti sovet xokkeyçisi, sabiq deputat Vladislav Tretyakı, bir sıra Rusiya KİV-lərini, o cümlədən “Rossiyskaya qazeta”nı və “Pobeda” aviaşirkətini sanksiya siyahısına əlavə edib.

525.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Rusiyanın sənaye və ticarət naziri  Anton Əlixanov, Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı da sanksiyalar tətbiq edilib. Səbəb kimi isə Ukraynadakı vəziyyət göstərilib.

Pərvanə Sultanova

 

 





13.06.2024    çap et  çap et