525.Az

26 il birlikdə - Firəngiz Ağalar yazır


 

26 il birlikdə - <b style="color:red">Firəngiz Ağalar yazır</b>

Atamla anam 26 ildir birlikdədilər... Onların indiyəcən bir yerdə olmaları mənim üçün çox sevindiricidi. Ona görə ki, bu illər ərzində ayrılmaqdan ötrü çox səbəblər olub. 

 

Düz 26 il əvvəl atam anamı, öz diliylə desək, limon rəngliMoskviçə mindirib qaçırdıb. Anam atamı ilk dəfə elə oMoskviç görüb. Yəqin deyəcəksiniz ki, bəs, tanımadığı adamın maşınına niyı minib? O sual bir dəfə mənim ağlıma gəlmişdi.

 

Deyir, ata nənəm oğlunumənim gələcək atamı evləndirmək istəyirmış. Bir tanışından soruşub ki, yaxşı ailədən olan qız tanıyırsa desin. O da bir qızıgələcək anamı nişan verib. Nənəm, eləmə tənbəllik, dur tərpən qızgilə, guya yun almağa gəlib, qızı görüb, bəyənib.                            

 

Elə atam da anamı ilk dəfə o limon rəngliMoskviç görüb. Nənəm qızı bəyənəndən sonra hər gün atama deyirmiş ki, get o qızı qaçırt. Atam əvvəl-əvvəl müxtəlif bəhanələr gətirirmiş; gah deyirmiş maşın xarabdı, gah da deyirmiş benzin yoxdu. Amma nənəm dediyindən dönmür, iki ayağını bir başmağa dirəyib durur. Axırda atam məcbur olub böyük bacısı ilə onun həyat yoldaşını maşına mindirib tərpənir Yağlıvəndəanamgilin kəndinə. Anam bacısıgildən evə qayıdırmış, əmisi qızı da yanında imiş. Qızın hər şeydən xəbəri varmış. “Moskviçyaxınlaşan kimi əmisi qızı anamı itələyib salır maşına. Anam sonralar danışırdı ki, bir gördüm maşında oturmuşam, kim aparır, hara aparır bilmirəm.

 

Sonralar neçə dəfə olub ki, anamın maşında belə rahat, sakit oturmasını ona bircə məni dünyaya gətirdiyinə görə bağışlamışam. Ciddi deyirəm.

 

Atama ancaq anam dözə bilərdi. Anam hamı ilə yola gedən adamdı. Amma atam yox, o çox çətin insandı. Ata nənəm isə ondan da çətindi. Elə ona da ancaq mənim anam dözə bilərdi. Evlənəndən sonra müharibə başlayırhəm Qarabağda, həm nənəmlə anamın arasında. Atam anamla nənəmin müharibəsinə qarışmasa da, Vətəni qorumaq üçün əlindən gələni elədi.

 

Biz qaçqın düşdük, atam ön cəbhədə idi. Necə dolanırdıq bir Allah bilir, bir anam.

 

Qarabağ müharibəsində atəşkəs elan olundu, amma anamla nənəmin müharibəsi bitmək bilmədi.

 

Atam Türkiyəyə hərbi kursa getdi. Anam yenə tək qaldı, daha doğrusu, üç uşaq qayınana ilə təkbaşına qaldı. Atam Türkiyədən qayıtdı, bir-iki ay sonra Rusiyaya getdi. Yenə anam təkbaşına qaldı. 2 il sonra biz getdik atamın yanına. 5 il kirayələrdə yaşadıq, sonra öz evimiz oldu. Sonra atam həbs olundu, 1 il istintaq təcridxanasında yatdı. Çox çətinliklər yaşadıq.

 

Atam dəhşət tələbkar insan idi. Məsələn, işdən gələn kimi başlayırdı anamı danlamağa: bu məhrəba niyə yaşdı, bu çay niyə soyuqdu, ya niyə istidi s. Amma anam heç demirdi, sadəcə, susurdu. Atamdan inciyirdi, hər bir sözünü ürəyinə salırdı.

 

Anamı belə görüb soruşurdum ki, niyə ayrılmırsan? Deyirdi ki, qoy sizi bir tərəfə çıxardım sonra.

 

Bunlar əvvəllər olub. Son 2-3 ildi sanki atamla anam arasında nəsə baş verib. Bəlkə baş verən bu hadisənin adı sevgidi.

 

Atam təcridxanadan qayıdanda çox dəyişmişdi. Kim bilir, bəlkə orda tək qalıb, düşünüb, anamın qədir-qiymətini anlayıb. Hərdən zarafatla deyirəm ki, atam cəfakar, anam səbirlidi deyə indiyəcən bir-biriylə yola gediblər. Amma bu, sadəcə, bir zarafatdı. Onlar bir-birinə yox, bir yerdə çətinliklərə dözüblər inanıram ki, bundan sonra da dözəcəklər. 26 ildi birlikdədilər, arzu edirəm, hələ uzun illər birlikdə olsunlar...

 

P.S. Ata, sən özün mənə demişdin ki, heç nədən çəkinmə, həmişə yazanda səmimi ol, necə düşünürsən, elə yaz. Mən, o biri yazılarımda olduğu kimi, bu yazımda da sən deyənə əməl elədim. əminəm ki, məndən inciməzsən. 

 





13.10.2014    çap et  çap et