525.Az

“İşğal olunmuş bütün Azərbaycan torpaqlarının qaytarılması, münaqişənin sülh yolu ilə həllinin yeganə şərtidir”


 

“İşğal olunmuş bütün Azərbaycan torpaqlarının qaytarılması, münaqişənin sülh yolu ilə həllinin yeganə şərtidir”<b style="color:red"></b>

Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin üzvü, deputat Karl-Qeorg Velman Avropa Azərbaycan Cəmiyyətinə Almaniya-Azərbaycan münasibətləri, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məktub göndərib.

 
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, AAC-ın münaqişə haqqında Cənab Velmana ünvanladığı sorğuya cavab olaraq göndərilən məktubda bildirilir ki, Almaniya Bundestaqı BMT, Avropa Komissiyası və ATƏT tərəfindən Dağlıq Qarabağ münaqişəsi üzrə çıxarılan qətnamələrin bütün tərəflərin iştirakı ilə yerinə yetirilməsi tərəfdarıdır: “Biz, regionda münaqişənin sülh yolu ilə həll olunması üçün göstərilən bütün cəhdləri dəstəkləyirik.  Biz, Cənubi Qafqazda sülhü və sabitliyi müdafiə edirik. İşğal olunmuş bütün Azərbaycan torpaqlarının qaytarılması, münaqişənin sülh yolu ilə həllinin yeganə şərtidir.

Biz, etnik qrupların köçürülməsini və işğal edilmiş ərazilərin qəsb edilməsini qeyri-qanuni hesab edirik. Gələcək ancaq, zorakılığın inkarı və mülki şəxslərin müdafiəsi ilə qurula bilər. Biz, Minsk Qrupu tərəfindən hazırlanan təkliflərə uyğun olaraq beynəlxalq ictimaiyyətin müvafiq öhdəliklərini qəbul edirik.

Almaniya-Azərbaycan münasibətləri baxımından, mən hər iki ölkə arasındakı müasir münasibətlərin inkişafı üçün geniş potensial olduğunu görürəm. Bizim müəssisələrimiz texnologiyada lider olaraq, güclü Azərbaycan iqtisadiyyatının gələcək inkişafını dəstəkləyə bilər. Buraya həm enerji sektorunda, həm də digər sahələrdə, məsələn səhiyyə sahəsində əməkdaşlıq aid oluna bilər. Mən öz növbəmdə, bir çox alman müəssisəsi rəhbərləri ilə danışıram və onları Azərbaycanda daha çox öhdəlik götürməyə həvəsləndirirəm. Çox fəal Azərbaycan nümayəndə heyəti və təşkilatları ilə əməkdaşlıq edərək, Azərbaycanın mütərəqqi inkişafı  yolunda daha çox uğur qazanacağıq“.

 





13.11.2012    çap et  çap et