525.Az

Tramp Baydeni cüzi fərqlə qabaqlayıb


 

Tramp Baydeni cüzi fərqlə qabaqlayıb<b style="color:red"></b>

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, hazırkı sorğularda respublikaçı Donald Tramp demokrat Co Baydeni cüzi fərqlə qabaqlayır.

525.az xəbər verir ki, noyabrda ABŞ-də keçiriləcək 60-cı prezident seçkiləri yaxınlaşdıqca həftəlik yenilənən sorğular ictimai rəyin nəbzini saxlamaqdadır. Belə ki, "Reuters" və "Ipsos"un birgə keçirdiyi son sorğuda 2020-ci ildə Baydenə məğlub olan Tramp rəqibini 2 xal qabaqlayıb.

Sorğuya görə, Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41 faizə çatıb, Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39 faizdə qalıb.

Məhəmməd Tağıyev

 





14.06.2024    çap et  çap et