525.Az

ABŞ-də təyyarə qəzası: 2 ölü


 

ABŞ-də təyyarə qəzası: <b style="color:red">2 ölü</b>

ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

525.az xəbər verir ki, təyyarə qəzasının təfərrüatları Alpine County Şerif Departamentinin "Facebook" hesabında edilən açıqlamada yer alıb.

Açıqlamada "Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilən açıqlamada Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.

Məhəmməd Tağıyev

 





14.06.2024    çap et  çap et