525.Az

Küveytdə yanğın: 49 nəfər öldü


 

Küveytdə yanğın: <b style="color:red">49 nəfər öldü</b>

Küveytin cənubunda Əhmədi əyalətinin Mankaf bölgəsində baş verən yanğında 49 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

525.az xəbər verir ki, Küveyt Daxili İşlər Nazirliyi "X" sosial media platformasında verdiyi açıqlamada yanğın nəticəsində 49 nəfərin həyatını itirdiyini açıqlayıb.

Nazirliyin ədliyyə müdiri, general-mayor İyd Rəşid Uveyhanın hadisə ilə bağlı verdiyi açıqlamaya görə, yerli vaxtla saat 06:00-da Mankaf bölgəsində yanğın xəbəri alan qruplar bölgəyə göndərilib.

Malik Atilay 

 





14.06.2024    çap et  çap et