525.Az

Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin tədqiqatçıları Şərqi Zəngəzur və Qarabağda iqtisadi rayonlarında olublar


 

Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin tədqiqatçıları Şərqi Zəngəzur və Qarabağda iqtisadi rayonlarında olublar<b style="color:red"></b>

İyunun 11-13-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "Post- konflikt Ərazilərin Bərpası" Elmi Mərkəzinin bir qrup əməkdaşı - Mərkəzin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru, dosent Azər Səfərov, aparıcı elmi işçilər, dosent Təbriz Yadigarov, i.f.d., dos. Rəhimə Nurəliyevə, kiçik elmi işçilər Elmir Mehdiyev və Cavanşir Burhanzadə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında səfərdə olublar.

525.az xəbər verir ki, üç gün davam edən səfərin birinci günündə tədqiqatçılar Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı il yaxından tanış olublar, Sənaye Parkının icraçı direktoru Malik Hacıyevlə görüşüblər.

M.Hacıyev tədqiqatçılara Sənaye Parkının layihəsi, rezidentləri və indiyə qədər görülmüş işlər barəsində məlumat verib. Daha sonra İqtisadiyyat İnstitutunun əməkdaşları Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblar və orada görülən işlərlə tanış olublar.

İyunun 12-də Elmi Mərkəzin əməkdaşları Laçın şəhərində Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşüblər. Görüşdə M.Məmmədov yenidən qurulan rayon iqtisadiyyatının perspektiv inkişaf istiqamətləri haqqında məlumat verib, innovativ sahələrin rayon iqtisadiyyatında xüsusi yer almasının strateji məqsəd olduğunu bildirib, tədqiqatçıların suallarını cavablandırıb. Laçın rayonunda istehsalın strukturunun təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Azər Səfərov işğaldan azad olunmuş ərazilərdə ərazi-sahə quruluşunun layihələndirilməsi, hər bir inzibati rayon üzrə ixtisaslaşma istiqamətlərinin dəqiqləşdirilməsi, optimal strukturun formalaşdırılması üçün özəl
investisiyaların cəlb edilməsi mexanizmlərinin işlənib hazırlanmasının Elmi Mərkəzin əsas tədqiqat istiqamətləri olduğunu qeyd edib.
Daha sonra tədqiqatçılar Laçın rayonunda fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olublar. "Zerti" Sənaye Zonasında "Aydınoğlu" mebel fabriki, Laçın Seleksiya Mərkəzi, Beton Dam Örtükləri Zavodu, Hoçaz Film Studiyası və Laçın İstixanasına baxış keçiriblər. Müəssisə rəhbərliyi tədqiqatçıların müəssisələrin fəaliyyət istiqamətləri, xammal bazası, texniki imkanları, istehsalın həcmi, məhsulun maya dəyəri və s. barədə suallarını cavablandırıb.

Tədqiqatçılar Laçının tarixi Minkənd kəndinə də gəliblər, kəndin bərpa konsepsiyası və bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı məlumatlar əldə ediblər. İyunun 13-də Elmi Mərkəzin əməkdaşları Ağdam rayonunda Ağdam Sənaye Parkının inzibatçı rəhbəri Emil Vəliyevlə görüşüblər. E.Vəliyev sənaye parkının layihəsi, rezidentləri, indiyə qədər görülmüş işlər və yaxın perspektivdə planlaşdırılan işlərlə bağlı tədqiqatçılara məlumat verib. Ağdamda innovativ layihələrin reallaşdırılmasının zəruriliyini vurğulayan dos. Azər Səfərov Ağdam

Sənaye Parkına belə layihələrin cəlb edilməsi istiqamətində İqtisadiyyat İnstitutunun, o cümlədən, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin
əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb. Daha sonra tədqiqatçılar sənaye parkında fəaliyyət göstərən müəssisələrlə tanış olublar.
Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin tədqiqatçıları Şərqi Zəngəzur və Qarabağda iqtisadi rayonlarında sürətlə həyata keçirilən bərpa və yenidənqurma işlərini, burada çalışan insanların fədakarlığını yüksək qiymətləndiriblər (economics.org.az).

 

 





14.06.2024    çap et  çap et