525.Az

“Şuşa Bəyannaməsi qardaşlığımızı sarsılmaz və əbədi edib” - General


 

“Şuşa Bəyannaməsi qardaşlığımızı sarsılmaz və əbədi edib” - <b style="color:red"> General</b>

“Şuşa Bəyannaməsi yüz illərlə tarixi keçmişi olan Azərbaycan- Türkiyə münasibətlərinin ən yüksək zirvəsidir. Buna görə də Türkiyə Azərbaycan münasibətlərini Şuşa Bəyannaməsindən öncə və Şuşa Bəyannaməsidən sonra şəklində dəyərləndirmək olar. Bu sənədi doğuran Azərbaycanın Qarabağ zəfəridir”.

Bunu 525.az-a  ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

General bildirib ki, dünyada 200-dək dövlət var. Amma Türkiyə-Azərbaycan münasibətlərinin, eyni zamanda Şuşa Bəyannaməsinin başqa iki dövlət arasında örnəyi yoxdur. Bu sənəd NATO-nun nizamnaməsinin 5-ci maddəsi kimi bir-birinə qarşılıqlı olaraq hərbi dəstək verməyi hədəfləyir. Yəni iki ölkə biri-birinə gələn təhlükəni özlərinə olurmuş kimi qəbul edirlər. Başqa sözlə, bu anlaşmaya görə Ankara Bakı, Bakı isə Ankaradır.

General deyib ki, Şuşa Bəyannaməsi ilə bərabər, ölkələrimiz arasında hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi, mədəni əlaqələr tarix boyu inkişaf mərhələsi qət edib:

“Hərbi əlaqələr baxımdan Azərbaycan Ordusu türk ordu modelinə keçib. Komando briqadaları qurulub, Milli Müdafiə Universiteti, ortaq hava məkanı yaradılıb. Azərbaycan və Türkiyə bir millət, iki dövlət, tək ordu halına gəlib. Müdafiə sənayesində Türkiyənin istehsal etdiyi məhsulların Bakıda istehsalı, bir sıra digər müştərək layihələrin həyata keçirilməsində irəliləmə var. Eyni zamanda, təhlükəsizlik siyasəti ilə bağlı əlaqədar qurumların rəhbərləri, milli təhlükəsizlik Şurasının üzvləri dünyada meydana gələn təhdidləri, riskləri dəyərləndiriblər. Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının da yeni bir səhifəyə keçməsini təmin edib. Bu sənəd sadəcə Azərbaycan Türkiyə münasibətlərini deyil, regional və qlobal balansları dəyişdirmiş, keçmşdən bu günə gələn və sonsuzadək davam edəcək Türkiyə Azərbaycan qardaşlığını sarsılmaz və əbədi edib”.

Pərvanə Sultanova

 





14.06.2024    çap et  çap et