525.Az

Ermənistan KTMT-dən çıxacaqmı?


 

Ermənistan KTMT-dən çıxacaqmı?<b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaqlarını bəyan etməsi Moskva ilə İrəvan arasında münasibətləri daha da dərinləşdirib. Baş nazir bu açıqlamanı parlamentdə keçirilən "Hökumət saatı"nda bəyan etməsi İrəvanın artıq bu məsələ ilə bağlı müəyyən bir qərara, ən azından müəyyən bir fikirə gəldiyini göstərir.

Rəsmi İrəvanın belə bir qərara gələcəyi isə gözlənilən idi. Çünki İrəvan KTMT-dəki iştirakını dondurub. Paşinyanın parlamentdə səsləndirdiyi bu fikir Moskvada qəzəbə səbəb olub. Bu isə təsadüfi deyil. Belə ki, Paşinyan bu açıqlamanı iyunun 10-dan 11-dək İrəvanda keçirilən erməni-amerikan "Strateji dialoq"un növbəti raundundan dərhal sonra verilib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlardan sonra tərəflər arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərara alınıb. ABŞ-ın Ermənistanla müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə əməkdaşlığını artırmaq niyyətində olduğu haqqında da bəyanatlar səslənir. Bu isə Qərblə soyuq müharibə vəziyyətində olan Rusiyanın qəzəbinə səbəb olub. İrəvanın tezliklə ciddi şəkildə peşman olacağı haqqında təhdidlərlə yanaşı, Ermənistanın KTMT-dən çıxarılması ilə bağlı təkliflər də səslənir. Belə görünür ki, Rusiya ilə Ermənistan arasında münasibətlər bundan sonra da yüksələn xəttə gərginləşəcək.

Qərbin sanksiyalarından sonra Rusiya bütün keçmiş sovet ölkələri üçün, o cümlədən də, Ermənistan üçün iqtisadi cazibədarlığını itirib. Hətta Rusiya ilə iqtisadi münasibətlər təhlükəli olmağa başlayıb. Buna görə Avrasiya İqtisadi Birliyi daha əvvəlki kimi cazibədar deyil. Buna görə KTMT-i Rusiyanın postsovet məkanına yönəlik yeganə mexanizmi hesab olunur. Əgər Ermənistan KTMT-dən çıxarsa, İrəvanın bu addımının domino effekti verəcəyi ehtimalı çox yükəskdir. KTMT-nin dağılması Rusiyanın postsovet məkanında təsirini minimuma endirəcək. Təsadüfi deyil ki, Ermənistanın KTMT-dən çıxması Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxmasının həlledici həlqəsi hesab edilir.

Şərqi Avropada mövqelərini itirən, Ukrayna ilə hərbi münaqişədə, Moldova ilə isə soyuq müharibədə olan Rusiya Ermənistanla da soyuq müharibəyə başlayıb. Rusiyanın daha əvvəlki qədər güclü olmadığını görən Ermənistan isə Moskva ilə soyuq müharibəni dərinləşdirərək bunu siyasi fürsətə çevirməyə çalışır. İrəvan Qərbin, xüsusilə ABŞ-ın Ermənistana Ukrayna qədər olmasa da, Moldova qədər diqqət göstərməsinə nail olmaq istəyir. Bunun üçün də Rusiya ilə soyuq müharibəni dərinləşdirir. İrəvanda anlayırlar ki, belə halda ABŞ-ın dəstəyini qazana bilərlər. Bu isə heç şübhəsiz ki, Paşinyann hakimiyyətini gücləndirə və Rusiyayönümlü qüvvələrə qarşı daha qətiyyətli hərəkət etməsinə imkan verər. Paşinyanın KTMT-dən çıxa biləəkləri ilə bağlı açıqlamasının əsas səbəblərindən biri də budur. 

 





21.06.2024    çap et  çap et