525.Az

İşıqlı ziyalı,dəyərli alim


 

İşıqlı ziyalı,dəyərli alim <b style="color:red"></b>

Hacı İBRAHİMOV,
hüquq elmlər namizədi

PROFESSOR VAQİF ABBASOVUN 60 İLLİYİNƏ

Bəzən elə məqam yetişir ki, illərlə tanıdığın, hörmət etdiyin, işığına uçunduğun bir insan haqqında ürək sözlərini başqalarına çatdırmağa ehtiyac duyursan. Belə məqamda ad günündən, yubileydən, hər hansı həyati uğurdan gözəl fürsət ola bilər axı?!.

Bu payız günlərinin birində xəbər tutdum ki, oktyabrın 5- görkəmli Azərbaycan alimi ziyalısı, dostluğunu özümə fəxr bildiyim Vaqif Abbasovun 60 yaşı tamam olub. Daha doğrusu, bir dostum zəng vurub bu xəbəri verəndə əvvəlcə inanmağım gəlmədi: əvvala, Vaqif  müəllim özünəxas təvazökarlıqla yubileyinigizlətmişdi”, ikincisi o məndən ötrü coşub-çağlayan gənclik enerjisi, sonsuz yaradıcılıq ehtirası, həyata insanlara həddən artıq canlı baxışı ilə hələ 60 yaş hüdudundan çox uzaqda idi.

Amma gerçəkliyi qəbul etməli, yubiley faktına inanmalı oldum onu tanıdığım illər ərzində düşüncəmdə formalaşan portretini öz cizgilərim rənglərimlə oxuculara təqdim etmək qərarına gəldim...

İnsanların taleyi, bu dünyada onların payına düşən qisməti haqqında qədər kəsərli söz deyilib, fərqlənmək inadı bu variantlardan birinin təkrarından başqa bir şey olmaz!

Dünya fırlandıqca, taleyin təkəri döndükcə uşaqlıqdan qocalığa qədər keçən günlərimiz ani olaraq qarşımıza çıxır, yuxudan ayılmış kimi oluruq. Bəzən rəqəmlər, bəzən hərflər gözəgörünməz bir qüvvənin əliylə ixtiyari yerdəyişmə edir, taleyin sərt oyunları qarşısında dayanmalı oluruq. Taleyin təkəri, bu çərxi-fələk irəli getdiyi kimi, eyni zamanda arxaya-keçmişimizə doğruləngər vurur”, onda bir günün, bir saatın, bir dəqiqənin içində həm yaşlaşır, həm uşaqlaşırıq. Biz anadan olanda göydə adımıza bir ulduz yanır, sönəcək kimi közərir, ancaq söndüyü andan güc alıb dirənir, dünyada bizə verilən yer işıqlaşır. Közərib sönmək istəyən ulduz artıq sönmüş, gözlərini qapamış ulduzların qəhrini çəkir, içini çəkib ağladıqca vağam olmuş güllər dirilir, bir yerdə, bir ömrün içində ona yoldaşlıq edəcək ulduzun göz qapaqlarına şeh kimi düşür. Bunu şairlər bilərhər kəs sevdiyi insanın yumulu gözlərinin içinə şeh kimi düşür. Doğum, ölüm...... rəqəmlərinin bəzən yan-yanaşı olması elə buna görədir, böyük sevginin əzabı, yükü, ağrısı daha böyük olur.

Doğulanda hamımız nağılların içindən gəlirik, öləndə gözlərimizi qapayanda yenə o nağılların içinə dönürük. Bəzən sən gözləyirsən, bəzən səni gözləyirlər-nağılların içində. Anadillər bu nağılların içində yaşayan quşlardır, Səməd Vurğun demişkən, “Qarayazı meşəsində anadil bir quş var, Mənim sevdalı könlüm tək asılmışdır ayağından”. 

Alman filosofu Feyerbax deyir ki, insanı tanımaq dərk etmək üçün onu sevmək lazımdır. Sevgi qəlblərdə yaranır, insanı arzularla yaşadır. Arzuların tükəndiyi andan sevgi dünyanı tərk edir, həyat mənasızlaşır.

Elə adamlar, elə hadisələr var ki, onlar haqqında düşünəndə qəlbimiz işıqla dolur bu işığın şölələri üzümüzə çıxır, istər-istəməz gülümsünürük. Vaqif müəllim haqqında düşünəndə işıqlanırsan, sifətinə qeyri-ixtiyari təbəssüm çökür, ilıq hisslər keçirirsən, onu şəxsən tanıyanlar bu xoş ovqatı daha iti duyurlar.

Bəri başdan onu qeyd edim ki, neçə illər əvvəl Vaqif  müəllim ilə məni hələ keçən əsrin 70-ci illərin sonu, 80- illərin əvvəllərində Moskvada hüquq fakultəsində birgə təhsil aldığımız, hazırda Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışan tələbə dostum tanış edib. Əlbəttə, ilk ünsiyyətdə  insanların qəlbində yer, həm   xüsusi yer tutmaq çox az adama nəsib olur. Bununla belə, birinci görüşümüzdəcə Vaqif müəllimin ziyalı təbiəti, erudisiyası, həyata, insanlara dövlətçiliyimizə özünəməxsus baxışları məni heyran etdi. Qarşımda insani elmi cəhətdən yetkin, müdrik bir şəxsin dayandığını hiss etdim.  Sonralar Vaqif müəllimlə davamlı ünsiyyətimiz get-gedə böyüyüb dostluğa çevrildi. Mən onu özümə dost bilirəm qəti fərqinə varmıram ki, o da məni özünə dost bilirmi?! Bu mənim ona olan dostluq hisslərimi azaltmır, əksinə artırır, bu hisslərimi daha səmimi, daha da təmənnasız edir. Dostluğun da sevgi, məhəbbət kimi qarşılıqlı olması həmişə mümkün olmur bəlkə heç lazım da deyil, təki sən dostluq hissləri keçirəsən.

Vaqif müəllimi mənə sevdirən dost edən onun əqidəsidir, əməlləridir, gördüyü işləridir... Dünyaya, həyata baxışıdır. Onun əqidəsi təmizlik, saflıq, paklıq üzərində qurulub, ona görə o, heç vaxt əqidəsini dəyişmir, ona xəyanət etmir. Onu mənə dost edən onun özünəməxsus düşüncə tərzi, məntiqi, analitik ağlı, universallığı, qətiyyəti, mübarizliyidir. O, hər şeyi düşünərək gündəliyə gətirir, bu səbəbdən , düşündüyündən heç vaxt geri çəkilmir.

lll

Professor Vaqif Abbasovun ömür yoluna nəzər salanda hər şeydən əvvəl halallıqla qazandığı uğurların bolluğu bu yolda çəkilən zəhmət barədə fikirləşdim...

O, 1973- ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakultəsini bitirib. 1973-1978-ci illərdə  Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub. Əvvəlcə elmlər namizədi elmi dərəcəsini alıb, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1992-ci ildə isə professor vəzifəsinə seçilib. 1978-1981-ci illərdə Azərbaycan MEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1984- illərdə isə baş elmi işçi kimi fəaliyyət göstərib. 1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr müavini olub.

Vaqif Abbasov hazırda Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, TQDK nəzdində kimya fənni üzrə ekspertlər qrupunun seminarın sədri, Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, Təhsil Nazirliyi Elmi-Metodik ŞurasıKimya kimya texnologiyasıbölməsinin sədri, Respublika Korroziya cəmiyyətinin vitse-prezidenti, “Kimya məktəbdəjurnalının baş redaktoru, “Neft kimyası neft emalı proseslərijurnalının baş redaktorunun müavini, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan MEA-nın müxbir üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı iləAzərbaycanın Əməkdar Müəllimifəxri adına layiq görülüb. 

O, çapdan çıxmış 300-dən artıq elmi əsərin, o cümlədən, 7 monoqrafiyanın, 15 dərsliyin, 11 dərs vəsaitinin müəllifidir.  Həmin  elmi əsərlərdən 70-dən artığı xarici ölkələrdə çap olunub. Vaqif Abbasovun müəlliflik şəhadətnamələrinin patentlərinin biri SSRİ-, üçü Rusiya Federasiyasında, 19-u isə Azərbaycan Respublikasında verilib.

O, kadr hazırlığı sahəsində   öz əməyini əsirgəməyib, indiyədək 22 elmlər namizədinin elmi rəhbəri, 6 elmlər doktorunun elmi məsləhətçisi olub.

Professor Vaqif Abbasovun gərgin zəhməti həm dövlətimizin, həm xarici ölkələrin elmi dairələrinin diqqətindən kənarda qalmayıb. O, 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı SSRİ-nin qabaqcıl ixtiraçısıdöş nişanı ilə təltif edilib. O 1989-cu ildə SSRİ Neft-Kimya Sənaye Nazirliyinin Fəxri Fərmanına, 1996- ildə akademik Y.H.Məmmədəliyev adına medala layiq görülüb.

Bütün bunları ona görə xatırladıram ki, Vaqif Abbasovun oxucunun təsəvvüründə yaratmaq istədiyim portretinin cizgiləri tamamlansın, onun elm adamı kimi hansı zirvələr fəth etdiyi məlum olsun. Şübhəsiz ki, bu uğurları əldə edənəcən yuxusuz gecələr keçirib, saysız-hesabsız maneələri adlayıb, qəlbinin işığını gördüyü işdən insanlardan əsirgəməyib.  Bütün bunların nəticəsidir ki, indi professor Vaqif Abbasovun adı respublikamızın elmi ictimaiyyəti arasında hörmətlə çəkilir.

Onun ömür yolu mən desəm , deməsəm nəsillərə nümunədir, müəllim adını illərlə şərəflə daşıyıb. Bu peşə Allahla uşaqlar arasında sevgi dərsidir. Bu dərsi yaxşı bilənlər, bu dərsə aşiq olanlar başqalarının görə bilmədiklərini görür, heç zaman eşidə bilmədiklərini eşidirlər.

lll

Mən hüquqşünasam hüquq elminin həm nəzəri, həm praktiki sahəsində, insanların hüquq vəzifələrinin müdafiəsi sistemində çalışıram. Təbii ki, professor Vaqif Abbasovun məşğul olduğu elm sahəsi ilə yaxın tanışlığım yoxdur. Amma onun elmi axtarışları əldə etdiyi uğurlar haqqında mətbuatdan xəbər tutmuşam...

Bilirəm ki, Vaqif müəllim ilk dəfə olaraq nitrobirləşmələrin üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf edib, bu zəmində mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaradıb.

Karbamid aminlər əsasında yeni tip fosfat komplekslərinin sintez üsulunu yaradan Vaqif Abbasov Olefinlər əsasında korroziya inhibitorları alınmasının elmi əsaslarını işləyib hazırlayıb. O, eyni zamanda inhibitorlarının alınma texnologiyasını yaradıb, sənaye sınaqlarını keçirib sənayedə geniş tətbiqini təşkil edib. Vaqif Abbasov turş mühitlər üçün suda həll olan inhibitor yaradıb, sənayedə tətbiqini həyata keçirib. O, gərgin axtarışlarını daha da genişləndirərək  parafinçökmə korroziya inhibitorunu yaradıb onun istehsalını təşkil edib.

    Həmişə yenilikçi alim kimi tanınan Vaqif Abbasov nefti sudan təmizləmək duzsuzlaşdırmaq üçün deemulqator yaradıb, Azərbaycanın neft emalı komplekslərində tətbiqini gerçəkləşdirib.  O, dəri sənayesi üçün dünyada analoqu olan olmayan yeni aşı maddəsi yaradıb həmin maddə bir çox ölkədə, o cümlədən, Türkiyədə uğurlu sənaye sınaqlarından keçib. Maddənin tətbiq olunması dəri sənayesində işlənən səkkiz maddənin istifadəsini aradan qaldırmağa imkan verib.

    Eyni zamanda dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibini müasir metodlarla araşdırmış professor Vaqif Abbasov müalicəvi komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının bioloji aktivliyini tədqiq edib. Onu da qeyd edək ki, müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq onun rəhbərliyi ilə yaradılmış naftalan yağıAzərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçirilib, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə Ukraynada dərman preparatı kimi satışına icazə verilib.

    Əlbəttə, neçə illərdir müşahidə etdiyim  respublika beynəlxalq əhəmiyyətli bu elmi uğurların qazanılması təkcə Vaqif müəllimin, onun başçılıq etdiyi kollektivin deyil, bütövlükdə Azərbaycan elminin uğurudur.

lll

Vaqif  müəllim ilə hər ünsiyyət insanı zənginləşdirir, ona ruh yüksəkliyi, qəlbinə isə təpər verir. İlk baxışdan elə görünür ki, onunla ancaq elm sahəsində, kimya, xüsusilə neft kimyası mövzusunda söhbət etmək olar. Amma ilk ünsiyyətdəcə yanıldığını dərk edirsən: Vaqif müəllimə könlünü aça, mədəniyyətimizdən, tariximizdən, ədəbiyyatımızdan, bütövlükdə mənəviyyatımızdan söhbət edə bilərsən, hər sahədə dəonun dərin hərtərəfli biliyinin şahidi ola bilərsən.

Vaqif  müəllimin milli insani təəssübkeşliyi barədə  saatlarla danışmaq olar. O, xalqımızın  ümummilli problemlərini həmişə şəxsi uğurlarının fövqündə saymağı bacaran ziyalılarımızdandır. Yüksək tribunalarda da, məhrəm söhbətlərində Azərbaycanın Qarabağ dərdini dilinə gətirir, haqqın öz yerini tapması, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hamının dövlətimizə Prezidentimizə dəstək olmasının vacibliyi haqqında danışır. Onun dövlətçiliyimizə sədaqəti, xalqımızın gələcəyinə inamı hər söhbətində özünü açıq-aydın büruzə verir.

Bir faktı xatırladım. Son görüşlərimizin birində Prezidentimiz tərəfindən qeyrətli həmvətənimiz Ramil Səfərovun əfv olunması xəbərini eşitdik. Vaqif müəllim  bu xəbərdən o qədər duyğulanmışdı ki, sevincinin həddi-hüdudu yox idi. Əlbəttə, o, bu faktı dövlətimizin öz vətəndaşına sahib çıxması kimi qiymətləndirirdi, üstəlik çox təbii insani hisslərinin təzahürü idi.

Onun ədəbiyyatımıza sevgisi ayrıca bir yazının mövzusudur. Vaqif müəllim gənclik çağlarından qəlbindəki kövrək duyğuları qələmə alır, dost məclisində, söz anlayan yanında şeirlərini oxumağı sevir. Onun qələmindən çıxanları oxuyanda vətəndaş qeyrəti, ziyalı təəssübkeşliyi ilə yanaşı, saf adamlara xas olan insani hisslərin şahidi olursan. Şeir oxuyanda Vaqif müəllim başqalaşır, az qala, başqa planetin adamına oxşayır. Heç təsadüfi deyil ki, bu məhrəm duyğular artıq kitab şəklində üzə çıxaraq oxuculara təqdim olunmuşdur.

Vaqif müəllim insanlarla ünsiyyət mədəniyyətini xüsusilə vurğulamaq istəyirəm. Dəfələrlə məclislərində olsam da həmişə hiss etmişəm ki, növbəti görüş üçün darıxıram. O, həmsöhbətində güclü silinməz təəssürat yaratmağı bacarır, bu da məncə, ona Allahın bəxş etdiyi insani qabiliyyətlərdən biridir. Onun bütün məsələlərə fərdi fərqli baxışı var. Eyni zamanda o müəyyən məsələ barədə öz qənaətlərini həmsöhbətinə hökm şəklində təlqin etməyə çalışmır, dediklərini elə dəlil-sübutlarla əsaslandırır ki, qəbul etməyə bilmirsən. Elmi təfəkküründəki nizam ardıcıllığı insanlarla münasibətində göstərmək onun gözəl xüsusiyyətlərindən biridir.

Artıq neçə illərin ünsiyyətindən sonra tamamilə səmimiyyətlə deyə bilərəm ki, professor Vaqif Abbasov insan kimi bütöv, dost kimi sədaqətli, ziyalı kimi təəssübkeş şəxsiyyətdir. Bilirəm ki, Vaqif müəllim nəyi söz verdisə, yerinə yetirəcək, ən çətin anlarında arxa-dayağın olacaq, heç vaxt haqqı nahaqqa verməyəcək.

lll

Professor Vaqif Abbasovun  çoxşaxəli elmi axtarışlarını, ictimai fəaliyyətini, ziyalı kimi gerçəkləşdirdiyi işləri göz önünə gətirdikcə bir daha əmin oluram ki, onun yenicə arxada qoyduğu 60 illik ömrünü uğurlu barlı-bəhrəli saymağa haqqı var. Elm sahəsində əldə etdiyi nailiyyətlər, ictimai mühitdə qazandığı nüfuz, insanlar arasında nail olduğu hörmət yaşadığı zəngin şərəfli ömrün mənasıdır.

Ona da əminəm ki, Vaqif Abbasov heç vaxt həyatda qazandıqları ilə kifayətlənməyəcək, özünəməxsus gənclik enerjisi, həvəs inadla axtarışlarını davam etdirəcək, elmin yeni-yeni zirvələrini fəth edəcək, ictimai fəaliyyətini genişləndirəcək, elmimizin inkişafı dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

    Professor Vaqif Abbasov məndən ötrü həmişə ünsiyyətdə olmaq istədiyim, insani keyfiyyətlərindən öyrəndiyim, dostluğuna güvəndiyim, qürur duyduğum fəxr etdiyim insandır.

    Əlbəttə, 60 yaş ömrün yetkinlik müdriklik çağıdır. Vaqif müəllim bu yetkinliyi müdrikliyi xeyli əvvəl qazanıb, qazandıqlarını da elmimiz dövlətçiliyimiz naminə bol-bol xərcləyib. Şübhə yoxdur ki, insanlarımıza cəmiyyətimizə bəxş etdikləri bundan sonra daha da zəngin sanballı olacaq.

Vaqif müəllim, Siz payızda dünyaya gəldiniz... Yox gəlmədiniz... Alın yazısı çəkib gətirdi Sizi bu dünyaya. Bəlkə elə həyatın özünə dərs vermək üçün.

Hələ neçə-neçə payız gələcək, hər payız Sizin yaşınızın üstünə yaş gətirəcək varlığınız çox uca, çox ülvi dəyərlər yaşadacaq.

yaxşı ki, bu dünyada Siz varsınız!

 





13.11.2012    çap et  çap et