525.Az

"Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır" -  Əli Əhmədov


 

"Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır" - <b style="color:red"> Əli Əhmədov</b>

"Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə, türk məfkurəsinə malik olmalarıdır".

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada səsləndirib.

O qeyd edib ki, ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər uzunömürlü ola bilməz.

15 İyun - Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbriklərini çatdıran Əli Əhmədov xalq diplomatiyasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası xalq və partiya diplomatiyasından səmərəli şəkildə istifadə edir.

YAP-ın bu diplomatiyasını bundan sonra davam etdirəcəyini vurğulayan Baş nazirin müavini Azərbaycanın müstəqillik tarixindən söhbət açıb, Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin tarixində yerini qeyd edib.

 





15.06.2024    çap et  çap et