525.Az

Rusiya və Belarus ATƏT PA-nın sessiyasına buraxılmayacaq


 

Rusiya və Belarus ATƏT PA-nın sessiyasına buraxılmayacaq<b style="color:red"></b>

Rumıniya Rusiya və Belarus nümayəndə heyətini ATƏT-in Parlament Assambleyasının sessiyasına buraxmayacaq. 

APA-nın yerli “spotmedia” portalına istinadən xəbərinə görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Radu Filip deyib. 

Onun sözlərinə görə, Rusiya Ukraynada apardığı müharibə səbəbindən, Belarus isə rəsmi Moskvaya dəstək verdiyi üçün iclasa dəvət olunmayıb. 

Qeyd edək ki, sözügedən iclas 29 iyun – 3 iyul tarixləri arasında Buxarestdə keçiriləcək.

 





15.06.2024    çap et  çap et