525.Az

Niderland Xarici İşlər Nazirliyi səsvermənin nəticəsini elan etdi


 

Niderland Xarici İşlər Nazirliyi səsvermənin nəticəsini elan etdi<b style="color:red"></b>

Niderland Xarici İşlər Nazirliyi “Human Rights Tulip” mükafatına 30 namizəd arasında aparılmış internet səsverməsinin nəticəsini elan edib. İndi münsiflər heyəti öz seçimini etməli, yekun qərarı Niderland Xarici İşlər Nazirliyi çıxarmalıdır.

“Media forum” saytının məlumatına görə, Azərbaycandan namizəd olan məhbus hüquq müdafiəçisi Rəsul Cəfərov internet səsverməsində 2032 səs toplayıb və 7-ci yeri tutub. Digər azərbaycanlı namizəd, məhbus hüquq müdafiəçisi Leyla Yunus 392 səs alaraq 20-ci olub.

İnternet səsverməsində 50593 səs qeydə alınıb. Ən çox səs alan İranda İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniyadır: 7246 səs.

İkinci yerdə 7148 səslə nigeriyalı hüquq müdafiəçisi Çidi Odinkalu qərarlaşıb.

Üçüncü yeri Ukraynanın “Euromaidan SOS” təşkilatı tutub. Bu qurum 6862 səs qazanıb.

Mükafat hər il insan haqları uğrunda mübarizə aparan hüquq müdafiəçilərinə və ya təşkilatlara verilir.

 





13.10.2014    çap et  çap et