525.Az

Abunədə vəziyyət necədir?


 

Abunədə vəziyyət necədir?<b style="color:red"></b>

Bakıda qəzetlərin əldə yayımına, metroda satışına qadağa qoyulub. “Qasid” firması isə pərakəndə satış şöbəsini bağlayıb. Yazılı medianın pərakəndə satışı məhdudlaşdığı şəraitdə abunə sistemində vəziyyət necədir?
 
“Media forum” saytı qəzet-jurnal yayımı ilə məşğul olan “Qaya”, “Azərmətbuatyayımı” və “Əks-səda” firmalarına bu sualla müraciət edib.

“Əks-səda”nın rəhbəri Vüqar Həsənov firmanın hələ ki, abunə ilə məşğul olmadığını deyib: “Yəqin ki, gələn ilin əvvəlindən bu istiqamətdə müəyyən işlərimiz olacaq. Amma hazırda abunə şöbəmiz yoxdur”.

“Qaya”nın direktoru Xanhüseyn Əliyev qeyd edib ki, abunə sistemində vəziyyət ürəkaçan deyil: “Azərbaycanda alıcılıq qabiliyyəti azalıb. Təkcə pərakəndə satışda deyil, abunə sistemində də azalma var. Əvvəllər abunə ilə bağlı sifarişlər olurdu, firmanın filiallarını yaradırdım. Hazırda isə abunə filiallarını bağlayıram. Firmanın 20 abunə filialından 4-nü qapatmağa məcbur olmuşam.

Xaricdən gələn qəzet və jurnallara da tələbat çox aşağı düşüb. Əvvəllər bir nəşrdən 10 nüsxə alırdımsa, indi 3-ü gəlir. Abunə sistemi ilə məşğul olan xırda firmalarda da vəziyyət eynidir”.

“Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin sədri Süleyman Salmanov bildirib ki, firmanın həm abunə sistemində, həm də pərakəndə satışında işləri normal gedir: “Hər şey öz qaydasındadır. Nədənsə narazı deyilik”.

 





13.10.2014    çap et  çap et