525.Az

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb


 

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb<b style="color:red"></b>

Türkiyənin Qaziantep şəhərində minik avtomobili və kiçik ticari avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza Qaziantep-Kilis avtomobil yolunun Zeytinli məhəlləsi ətrafında baş verib. Kiçik ticari avtomobil və minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb”, – agentlik bildirib.

Qeyd olunub ki, ölənlərin hər ikisi hadisə yerində keçinib. Yaralılar Qaziantepdəki xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 





16.06.2024    çap et  çap et