525.Az

Timuçin Əfəndiyev: "Onlar Azərbaycan mədəniyyətini təbliğ edirlər." (MÜSAHİBƏ)


 

Timuçin Əfəndiyev: "Onlar Azərbaycan mədəniyyətini təbliğ edirlər."<b style="color:red"> (MÜSAHİBƏ)</b>

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev Böyük Britaniyanın Suffolk Universitetinə səfəri ilə bağlı mülahizə düşüncələrini bölüşür

Hörmətli Timuçin müəllim, Böyük Britaniyaya səfərdən yenicə dönmüşsünüz. Bu Sizin İngiltərəyə ilk səfəriniz idi?

Bu, ikinci idi. Mənim Böyük Britaniyaya birinci səfərim 2008-ci ilin noyabrında baş tutub. O zaman mən bu ölkənin nüfuzlu ali məktəblərindən sayılan iki təhsil müəssisəsində oldum. Bunlardan biri London Beynəlxalq İncəsənət Məktəbi, digəri isə Vulverhempton Universiteti idi. Hər iki ali məktəbdə çox konstruktiv, işgüzar görüşlər keçirildi aramızda işgüzar səmərəli münasibətlər yarandı. O zaman biz qərara aldıq ki, əlaqələrimiz davamlı olmalı inkişaf etdirilməlidir. Bu fikri həm London Beynəlxalq İncəsənət Məktəbinin rektoru cənab Tomas Prattki, həm Vulverhempton Universitetinin rektoru cənab Con Pumm icraçı direktor cənab Vilyam Foster dəstəklədilər. 2008-ci ildə mən orada olarkən hər iki universitetdə professor-müəllim auditoriyası qarşısında Azərbaycan mədəniyyətinin inkişaf tendensiyaları mövzusunda mühazirə oxudum. Deməliyəm ki, orada ölkəmizə, xüsusilə milli mədəniyyətimizə olan maraq çox böyükdür bu, məni məmnun etdi.

Böyük Britaniyaya bu dəfəki səfərim universitetimizin Avropa təhsil məkanı ölkələri ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində reallaşdı. Bu dəfə mən ora bu ölkənin nüfuzlu Kampus Suffolk Universitetinin rektoru cənab Mayk Saksın dəvəti ilə getdim. Kampus Suffolk Universiteti İngiltərənin İpsviç şəhərində yerləşir. Universitetdə səmimi, işgüzar söhbətlərimiz oldu. Görüşlərdə rektor, professor-doktor Mayk Saksdan başqa bu universitetin Beynəlxalq əlaqələr marketinq şöbəsinin müdiri Pollş Bridgman, İncəsənət humanitar şöbəsinin müdiri Krissi Harrinqton, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin katibi Ayaz Mustafayev iştirak edirdi. Qeyd etməliyəm ki, bu gənc kadr öz savadı, ingilis dilini gözəl bilməsi ilə məni fərəhləndirdi.

Universitetin rektoru, cənab Mayk Saksla görüş zamanı onunla Azərbaycan mədəniyyəti haqqında, Azərbaycan incəsənətinin böyük uğurları, dövlətimiz tərəfindən mədəniyyətə incəsənətə göstərilən qayğı haqqında geniş söhbət apardım. Bu söhbətlər zamanı mən hiss etdim ki, birinci səfərimdən keçən 4 il ərzində Böyük Britaniyada Azərbaycan haqqında bilgilər xeyli çoxalıb, ölkəmizlə maraqlanan insanların sayı artıb. Əlbəttə bunlar uğurlu xarici siyasətimizin, dünya birliyində yaxşı tanınmağımızın təzahürüdür, Azərbaycan mədəniyyətinin təhsilinin təbliğ olunmasının, ölkəmizin incəsənət, idman digər sahələrdə əldə etdiyi beynəlxalq nailiyyətlərin təsirindəndir.

Görüşdə iştirak edən xanım Krissi Harrinqton haqqında da bir neçə söz deməyi vacib bilirəm. O, təkcə İngiltərədə yox, həm bütün Avropada ən məşhur baletmeystlərdən biridir. Dəfələrlə Londonun, Parisin, digər şəhərlərin nüfuzlu səhnələrində çıxış edib. Xanım Krissi Harrinqton ötən il Bakıda olarkən universitetimizdə çox maraqlı ustad dərsləri keçdi. Bu dəfəki görüşümüzdə mən onu yenə Bakıya, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin xoreoqrafiya şöbəsində ustad dərsləri keçməyə dəvət etdim. Böyük sənətkar bu dəvəti məmnuniyyətlə qəbul etdi gələcəyinə söz verdi.

Bəs səfərdə məqsəd idi?

Əsas məqsəd universitetlərarası əməkdaşlıq proqramı çərçivəsində həmin universitetlə əlaqələr yaratmaq, münasibətlər qurmaq, mütərəqqi təcrübəsini öyrənmək onu öz tələblərimizə uyğunlaşdıraraq təhsil sistemində tətbiq etmək idi. Keçirdiyim görüşlər, rektor Mayk Saksla olan əməli söhbətlərimiz, gələcəkdə münasibətlərimizin davamlı olması inkişaf etdirilməsi barədə razılaşmalarımız belə deməyə əsas verir ki, biz öz məqsədimizə çata bilmişik. Söhbət zamanı mən tədris-təcrübə mübadiləsi proqramı çərçivəsində ustad dərslərinin təşkil edilməsi, tələbə filmlərinin göstərilməsi, rəssam tələbələrin qarşılıqlı sərgilərinin nümayişi, Bakıda İpsviçdə milli rəqs qruplarının çıxışlarının təşkil edilməsi təkliflərini irəli sürdüm. Təkliflərim cənab Saks həmkarları tərəfindən rəğbətlə qarşılandı. Tərəfimdən irəli sürülən əsas təklif isə bu iki universitet arasında Anlaşma Memorandumunun imzalanması oldu. Mən cənab Saksı Bakıya dəvət etdim memorandumun imzalanma mərasiminin Bakıda rekllaşdırılması təklifini irəli sürdüm. Cənab Saks bu təklifi minnətdarlıqla qəbul etdi dəvət üçün səmimi təşəkkürlərini bildirdi. Onu da deyim ki, professor Mayk Saks Azərbaycanla yaxından tanışdır. O, dəfələrlə ölkəmizdə olub. Professor Bakıya son dəfə bu il 4-5 oktyabr tarixində Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün xanım Krissi Harrinqton ilə birlikdə gəlib.    

Bir qədər qonağı olduğunuz Suffolk Universiteti ilə bağlı təəssüratlarınızı oxucularla bölüşməyinizi istərdim.

Suffolk Universiteti yaxın keçmişdə yaradılmasına baxmayaraq Böyük Britaniyanın tanınmış ali təhsil müəssisələrindən biri hesab olunur. Universitetlə tanışlıq zamanı mən maddi-texniki bazanın geniş imkanlarının, müasir texniki təchizatla təmin olunmuş auditoriyaların şahidi oldum. İstər buradakı səsyazma film studiyalarının, istərsə rəqs təsviri sənət otaqlarının təchizatı ən müasir tələblərə cavab verir. Universitetin nəşriyyyat poliqrafiya bölmələrindəki təchizat mənim çox xoşuma gəldi.

Suffolk Universiteti nüfuz reytinqində Böyük Britaniya universitetləri arasında ilk iyirmiliyə daxildir. Bunu da demək vacibdir ki, minlərlə tələbəsi olan bu universiteti bitirənlərin 90 faizi işlə təmin olunur. Universitet Avropa təhsil nailiyyətlərinə humanitar təfəkkür tərzinə istinad edən, geniş maddi-texniki bazaya malik olan, hər il müxtəlif ixtisaslar üzrə yüzlərlə mütəxəssis yetişdirən bir qurumdur, kampusdur. Suffolk Universiteti artıq təhsil, sənət sahəsində ciddi nailiyyətlərinə imza atıb.

Universitetin professor-müəllim tələbə heyətinin maraq dairəsi geniş, çoxcəhətlidir. Bura təkcə mədəniyyət sənət təhsili deyil, ictimai həyat, xalqlararası münasibətlər, eləcə Cənubi Qafqazda ictimai-siyasi durum, Azərbaycanın regionda inkişaf etmiş, aparıcı dövlətə çevrilməsi, müxtəlif sahələr üzrə gerçəkləşdirilən əməkdaşlıqda etibarlı tərəfdaş olması kimi məsələlər daxildir. Mən bunu görüş zamanı onları mədəniyyətimiz haqqında məlumatlandırdıqdan sonra mənə verilən suallardan aydın gördüm. Azərbaycanın dünya mədəniyyətində geosiyasətində uğurla həyata keçirdiyi siyasi kursun inkişaf etmiş Avropa ölkəsində layiqincə qiymətləndirilməsinin şahidi oldum.

İpsviç şəhəri mənə xoş təsir bağışladı. Şəhər kiçik olsa da, çox səliqəli gözəldir. İpsviç şəhərinin məşhur Rəsm qalereyası var, bu qalereya şəhərin bir növ rəmzi, simvolu hesab olunur. Cənab Mayk Saks bildirdi ki, qalereyada saxlanılan rəsm əsərlərinin ümumi dəyəri üç milyard funt-sterlinqdən yuxarıdır. O, həmçinin bildirdi ki, bu rəsmləri qalereyaya şəhər sakinləri, ayrı-ayrı kolleksiyaçılar hədiyyə ediblər. Əlbəttə, bu fakt həqiqi vətənpərvərliyin, əsl təəssübkeşliyin gözəl nümunəsidir. Vətənini, xalqını sevən insanların şəxsən malik olduqları qiymətli sənət incilərini doğma yurda, şəhərə təmənnasız hədiyyə etməsi insanda dərin rəğbət, ehtiram hissi doğurur. Güman edirəm ki, bu, başqalarının da nümunə götürməsi üçün layiqli,  ibrətamiz vətənpərvərlik nişanəsidir, bir növ çağırışdır. Hər halda bu barədə düşünməyə dəyər. 

Bəs ümumilikdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin xarici əlaqələri haqqında deyə bilərsiniz?

Universitetimiz geniş beynəlxalq əlaqələrə malik olan yaradıcı təhsil ocağıdır. Dövlətimizin təhsilin modernləşdirilməsi siyasətindən çıxış edərək mütərəqqi tədris metodlarını tətbiq etməklə yanaşı, xarici əlaqələrimizin genişləndirilməsinə xüsusi önəm veririk. Qloballaşan dünyada mədəniyyət fenomeni sivilizasiyalararası dialoqda ən keçərli təsir imkanlarına malik olan qarşılıqlı etimad doğuran elitar ünsiyyət vasitələrindən biridir. Bu, həm Azərbaycanı dünyaya tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Xarici əlaqələrimizi genişləndirərkən biz təhsilimizin keyfiyyətini yaxşılaşdırmaq, onu müasirləşdirməklə yanaşı, həm müasir Azərbaycan dövlətçiliyinin mədəniyyət təhsil sahələrindəki tövsiyələrini, dövlətimizin bu sahədəki siyasətini əldə rəhbər tuturuq.


Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti 2002-ci il oktyabrın 26-dan Avropa İncəsənət Universitetləri Liqasının (ELİA) tamhüquqlu üzvüdür. Bizdə çoxlu sayda xarici tələbə təhsil alıb bu gün almaqdadır. Universitetdə Xarici əlaqələr üzrə prorektorluq, Əcnəbi tələbələrin təhsili üzrə dekanlıq kimi qurumlar fəaliyyət göstərir. Fərəh hissi ilə vurğulamaq istərdim ki, ADMİU dünyanın 50- yaxın universiteti ilə əlaqələr yaradıb ki, onlardan da 23-ü ilə əməkdaşlıq müqavilələri imzalanıb. Şübhəsiz ki, təhsilin keyfiyyəti yüksəldikcə xarici universitetlərlə təmaslarımız daha da intensivləşəcək.

Universitetimiz YaponiyanınOt köklərilayihəsində, “Mitsubisi Korporeyşnşirkəti tərəfindən irəli sürülmüş mədəniyyət üzrə xüsusi layihədə, Almaniyanın təhsil üzrə nümayəndəliyininDAADproqramında, UNESKOASCHBERG proqramında, Bakıdakı Yunanıstan Səfirliyinin təklif etdiyi Aleksandr Onasis Fondunun proqramında, ABŞ Səfirliyinin vasitəçiliyi ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət proqramında, “TEMPUSTASİSproqramında bir çox digər beynəlxalq layihələrdə iştirak edir. Bizim Nyu-York Siti Universiteti, Çikaqo Universiteti, Viskonsin Medison Universiteti (ABŞ), Paris Musiqi Akademiyası, Düsseldorf İncəsənət Universiteti (Almaniya), Drezden İncəsənət Akademiyası (Almaniya), Sankt-Peterburq Dövlət Teatr Akademiyası, Kiyev Milli Mədəniyyət İncəsənət Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya), Misir İncəsənət Akademiyası, Ş.Rustaveli adına Teatr Kino Universiteti (Gürcüstan) bəzi digər nüfuzlu ali məktəblərlə münasibətlərimiz var. Bu sırada qardaş Türkiyə universitetləri ilə əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar Sinan Universiteti, Marmara Universiteti, Sakarya Universiteti, Trakiya Universiteti, Beykənd Universiteti başqa ali məktəblərlə münasibətlərimiz inkişaf etdirilir.

Tələbələrinizin beynəlxalq səviyyədəki uğurları barədə nələri söyləmək istərdiniz?

Tələbələrimiz bir çox beynəlxalq festivallarda uğur qazanıblar. Bununla onlar təkcə universitetimizi deyil, həm Azərbaycan mədəniyyətini təbliğ edirlər. ADMİU mədəniyyət incəsənətin əksər sahələri üzrə mütəxəssis hazırlığı aparan universal tədris müəssisəsidir elə ona görə nailiyyətlərimiz ən müxtəlif sənət sahələrinə aiddir.

Teatr sənəti sahəsində tələbələrimizin beynəlxalq miqyasdakı müvəffəqiyyətləri ürəkaçandır. Bir il öncə, 2011-ci ilin noyabr ayında Qazaxıstanın Almatı şəhərində keçirilən I Beynəlxalq Tələbə Tamaşaları Festivalında universitetimizinAktyor sənətiRejissorluqfakültələrinin  II III kurs tələbələri iştirak etmiş, festivalın ali mükafatı olan Qran-pri mükafatını almışdılar. Tələbələrdən Vaqif Əzizov, Səbinə Namazova Aytən Hacıyeva xüsusi sertifikatlarla mükafatlandırılmışdılar. Aydın məsələdir ki, xarici ölkədə Qran-prinin alınması, onun başqa bir ölkəyə yox, məhz Azərbaycana gətirilməsi çox böyük hadisədir. Bu, Azərbaycan təhsilinin, o cümlədən bədii təhsilin nüfuzundan, onun beynəlxalq aləmdə tanınmasından xəbər verir. Mən fərəh doğuran belə nümunələrdən çox sadalaya bilərəm. Tiflis Beynəlxalq Tələbə Etüdləri Festivalında tələbələrimizTəmasadlı tamaşa ilə çıxış etmiş festivalın sertifikatını almışdılar. 2010-cu ildə Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları FestivalındaDram teatrı kino aktyoruixtisası üzrə təhsil alan IV kurs tələbələrimiz mükafata layiq görülüblər.

Kino sənəti sahəsində təhsil alan tələbələrimizin beynəlxalq uğurları çoxdur. 2011-ci ildə Tiflisdə keçirilənAmirani  Beynəlxalq Tələbə Film Festivalını xatırlatmaq yerinə düşər. Tələbəmiz Rəşad SəmədovunSəkkizadlı sənədli filmi Yuxuadlı bədii filmi bu festivalda diploma layiq görülmüşdü. Elə həmin il Qazaxıstanda keçirilənBastauI Beynəlxalq Tələbə Debüt Filmləri Kinofestivalında təmsilçimiz Murad MuradovKənarfilminə görə mükafat almışdı. İranda keçirilmiş başqa bir festivalda – “100 saniyəlik filmlər festivalında tələbəmiz Röyal ƏliyevinBaşdaşıadlı filmi beynəlxalq jüri tərəfindən yüksək qiymət almışdı. Qazaxıstanda bu il keçirilən IIBastauBeynəlxalq Tələbə Debüt Filmləri Kinofestivalında təmsilçilərimiz yenidən fərqləniblər.

Rəssam tələbələrimiz müxtəlif xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə keçirilən Beynəlxalq sərgilərdə dəfələrlə diplomlara layiq görülüblər. Əlbəttə, beynəlxalq sərgilər, festivallar ölkəmizdə keçirilir dünya miqyasında kifayət qədər rezonans doğurur. 2011-ci ilin dekabrında gerçəkləşdirilən II Qəbələ Beynəlxalq İncəsənət sərgisi bu qəbildən idi. Bu möhtəşəm rəsm sərgisinə 20- yaxın ölkənin 100-dən artıq təmsilçisi qatılmışdı. Orada bizim universitetimizin təmsilçiləri olan müəllim tələbələr uğurla çıxış ediblər.

Eyni sözləriMusiqi sənətifakültəsində təhsil alan, müxtəlif müsabiqələrdə, o cümlədən Beynəlxalq Muğam müsabiqəsində iştirak edən, eləcə nəzəri fakültələrdə oxuyan tələbələrimiz haqqında deyə bilərəm. Onların da beynəlxalq aləmdəki sənət elmi nailiyyətləri kifayət qədərdir bu, bizi sevindirir. Çünki çəkdiyimiz zəhmətin bəhrəsini görürük. 

Söhbətləşdi: İntiqam

 





13.11.2012    çap et  çap et