525.Az

Danimarka millisinin müdafiəçisi Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekord müəyyənləşdirib


 

Danimarka millisinin müdafiəçisi Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekord müəyyənləşdirib<b style="color:red"></b>

Danimarka millisinin və "Barselona"nın müdafiəçisi Andreas Kristensen Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekord müəyyənləşdirib.

525.az "Report"-a istinadən xəbər verir ki, futbolçu bunu Almaniyada gerçəkləşən Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində Sloveniya ilə oyunda reallaşdırıb.

Danimarkalı müdafiəçi görüş ərzində ümumilikdə 89 dəqiq (100 faizlik) ötürmə edərək Avropa çempionatında rekorda imza atıb.

Qeyd edək ki, Sloveniya - Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. Matçda qolları Kristian Eriksen (17-ci dəqiqə) və Erik Yanja (77-ci dəqiqə) vurub.

 





16.06.2024    çap et  çap et