525.Az

"Çətin, amma layiqli qələbə idi"


 

"Çətin, amma layiqli qələbə idi"<b style="color:red"></b>


Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-ün 1-ci turunun Polşa ilə oyunundan sonra görüş haqda fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o, mətbuat konfransında 2:1 hesablı qələbəni belə şərh edib:

“Bir saat ərzində çox yaxşı oynadıq. Çoxlu imkanlar yaratdıq və futbol baxımından əla saat oldu. Fasiləyə qədər hesab 3:1 və ya 4:1 olmalı idi. Çoxlu imkanlarımız oldu. Çətin, ancaq layiqli qələbə idi. Çox çalışmalı idik. Bu qələbə Fransa ilə oyundan əvvəl bizə yaxşı əhval-ruhiyyə və rahatlıq verir”.

Qeyd edək ki, Niderland millisi iyunun 21-də 2-ci turun oyununda Fransa ilə qarşılaşacaq.

 





16.06.2024    çap et  çap et