525.Az

Aynur Kərimova: “Yeni nəslin televiziyasını görmək istəyirəm”


 

“İSTƏYİRƏM, ELƏ TELEVİZİYAMIZ OLSUN Kİ, HƏR BİR VƏTƏNDAŞIN MARAQ DAİRƏSİNİ TƏMİN EDƏ BİLSİN”

Aynur Kərimova: “Yeni nəslin televiziyasını görmək istəyirəm” <b style="color:red"></b>

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Radio Televiziya jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimova ilə həmsöhbətik. Müsahibə zamanı televiziyamızın çağdaş durumu problemlərindən danışdıq.

 

 

Aynur xanım çağdaş televiziyamızı öz baxış bucağından necə görür?

 

Azərbaycan televiziyası spesifik atmosferdə yaranıb. Bu gün bizim televiziyamızın əsas xüsusiyyətləri peşəkarlığın kifayət qədər az olması, televiziya industriyasının çox zəif inkişaf etməsi auditoriyanın maraqlarının nəzərə alınmamasıdır. Təbii ki, müsbət tərəflər var, məsələn televiziyamızın canlı Azərbaycan dilində olması, yayım formasının müxtəlifliyi s. Lakin qeyd etdiyim kimi, Azərbaycanda televiziya industriyası inkişaf etməyib. Hər kəsə məlumdur ki, vizual media kifayət qədər yatırım tələb edən sahədir. Digər tərəfdən, peşəkarlığı qeyd etdim, yəni medianı auditoriyaya daşıyan insanlar olmalıdır ki, onlardan da peşəkar hazırlıq dərəcəsi tələb olunur. Üçüncü isə auditoriyanın professional baxımdan öyrənilməsidir. Mən bu gün Azərbaycan televiziyasında bütün auditoriyanın maraqlarını ifadə edəcək bir proqram görmürəm. Auditoriya artıq seqmentləşib. Məsələn, gənclər özlərinə lazım olan informasiyanı internet, kabel televiziyası, peyk anteni, multimedia vasitələri ilə alırlar. Bu səbəbdən hazırda bizdə televiziyanın böyük auditoriya toplamaq imkanları çox daralıb. Belə bir şəraitdə televiziyaların təqdim etdiyi məhsul kifayət qədər keyfiyyətli olmalıdır ki, ən azından seqmentləşmiş auditoriya kütləsini cəlb edə bilsin.

 

Azad telejurnalistika anlayışı sizin üçün nədir?

 

Jurnalistikanın çox sadə, hər kəsin bildiyi prinsipləri var, gerçəyi demək, gerçəyi yayımlamaq, obyektiv olmaq s. Əslində, azad jurnalistika real jurnalistika anlayışları bir-birindən fərqlənməməlidir. Jurnalistin gerçəyi çatdırmaq imkanları varsa, bu artıq azad jurnalistikadır. Digər tərəfdən, azadlığın özü nisbi anlayışdır. Çünki istənilən halda jurnalist müəyyən maliyyə qurumuna, müəyyən sosial təbəqəyə bağlıdır. Yəni tam azad jurnalistika da mümkün deyil.

 

Necə fikirləşirsiz, jurnalistlərə tam azadlığın verilməsisarı jurnalistikaya, özbaşınalığa səbəb ola bilərmi?

 

Dünya telejurnalistikasısarı jurnalistikadönəmini artıq keçib. YəniBBC”, “CNN digər bu kimi sanballı kanallar şər, böhtan, yoxlanmamış informasiyaları yayımlamağı ən azından özlərinə rəva bilməzlər. Çünki bunun arxasında kifayət qədər güclü hüquqi müdafiə durur. Sırf dünya jurnalistika təcrübəsinə nəzər saldıqda hazırdasarı jurnalistikanın imkanları məhdudlaşdırılıb. Bu səbəbdən inanmıram ki, jurnalistika zamansa xaosa gətirib çıxarsın, o, yalnız xaosu əks etdirə bilər.

 

Son zamanlar televiziyada xəbər proqramlarının təqdimat forması gündəmdədir. Sizcə hansı daha məqsədəuyğundurxəbərləri ciddi formatda yayımlamaq düzgündür, ya auditoriya ilə daha səmimi olaraq?

 

Ümumiyyətlə, psixoloqların da araşdırmasına görə, əgər aparıcı 30 dəqiqə ərzində yalnız ciddi xəbərləri yayımlayırsa, bu artıq izləyicilərə psixoloji baxımdan pis təsir edir. Hazırdainfo entertainmentadlı informasiya çatdırılmasının yeni forması yaradılıb, yəni əyləncə ilə informasiyanı çatdırmaq forması. Əslində, televiziyanın özündə hər zaman müəyyən şou elementləri olmalıdır. Tamaşaçını 30 dəqiqə ağır informasiyaları izləməyə məcbur etmək mümkün deyil, bu səbəbdən ağır yüngül informasiyalar növbəli şəkildə təqdim olunmalıdır. Digər tərəfdən xəbərlərin çatdırılma forması hər zaman eyni ola bilməz. Hər bir kanalın öz stili var. Burada ortaq meyar isə peşəkar formada hazırlıq, doğru informasiyaların yayımlanması cəmiyyətin, auditoriyanın tələblərinin nəzərə alınmasıdır.

 

Jurnalist təhsili olmayan aparıcı müxbirlərin televiziyada çalışmasına münasibətiniz necədir?

 

Müəyyən bir zamanda Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi dahi şəxsiyyətləri misal göstərərək jurnalist təhsilinin bir o qədər önəmi yoxdur demək olardı. Lakin indiki dövrdə hər hansısa bir informasiya qurumu kimisə jurnalist kimi işə qəbul edərkən onun bu sahədə müəyyən təsəvvürlərə malik olmasında maraqlıdır. Jurnalist təhsili olan şəxs ən azından etik meyarları biləcək, yəni nələri işıqlandırmaq olar ya olmaz. Bir fərqləndirməyə nəzər salaq, məsələn, cərrahiyyə otağına cərrah təhsili olmayan bir insan heç vaxt buraxılmaz, çünki bu professional bilgilər tələb edir. Bəs üçün biz düşünürük ki, ictimai fikir bundan daha sadə bir şeydir bu sahədə bilgiləri olmayan bir insanın çalışmasını normal qarşılayırıq? Mütləq deyil akademik təhsil olsun, qısamüddətli kurslar, müəyyən treyninqlər ola bilər. Əsas keyfiyyət önəmlidir.

 

Müntəzəm olaraq izlədiyiniz kanal ya proqramlar varmı?

 

Bu mənim fəaliyyət sahəmlə birbaşa bağlı olduğu üçün çalışıram xüsusən xəbər proqramlarının hər birini izləyim. Çox təəssüf ki, bəzən bir günün xəbərlərini izləyəndə xəbərlərin hedlaynlarının, başlıqlarının demək olar ki, eyni olduğunu görürəm. Mədəniyyət kanalının özəl olaraq fəaliyyət göstərməsini çox istəyərdim, çünki Azərbaycan izləyicisinə birbaşa zövq aşılaya biləcək bir kanaldır. Rusiyanın televiziya kanallarından ideoloji təsiri az olanları izləyirəm. BBC CNN-nin sənədli filmlərini çox yüksək qiymətləndirirəm çox bəyənirəm. Türkiyə telekanallarının serial çəkimi sahəsində xüsusi peşəkarlıqlarına həmişə həsəd aparmışam. Həmçinin xəbərlərin rəngarəng, səhər proqramlarının dinamik olması da diqqətəlayiqdir.

 

Azərbaycan televiziyasında olan bir çox problemlərdən danışdınız. Televiziyamızı gələcəkdə necə görmək istəyərdiniz?

 

Çox istəyərdim, Azərbaycan orijinal, təkrarsız teleməkan yaratsın. Bu baxımdan sırf azərbaycanlı təfəkkürü ilə bağlı formatların olub-olmaması ilə maraqlanmışam. Yalnız keçən əsrin 60-80- illərində Azərbaycan folklorundan söhbət açanBulaqverilişi var idi. Məsələn Rusiya televiziyasının özünəməxsusKVN Şən Hazırcavablar Klubu”, “? Harada? zaman?” kimi formatları var. Amma digər bütün formatlar Amerika Avropa ölkələrinə məxsusdur. Çox istəyərdim ki, Azərbaycan kanallarının özlərinə məxsus formatları olsun. Artıq müstəqillik dövrünün gəncləri yetişir, onların təfəkkürü, baxış bucağı tam fərqlidir. Yeni nəslin televiziyasını görmək istəyirəm. İstəyirəm, elə teləviziyamız olsun ki, hər bir vətəndaşın maraq dairəsini təmin edə bilsin.

 

Nigar SƏMƏDLİ
 





13.10.2014    çap et  çap et