525.Az

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb


 

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb<b style="color:red"></b>

Caru ilin yanvar-aprel aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 10 723,6 min ton təşkil edib.

525.-az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yüklərin 4 848,8 min tonu və ya 45,2%-i dəmir yolu nəqliyyatı, 3 383,7 min tonu və ya 31,6%-i avtomobil nəqliyyatı, 2 491,1 min tonu və ya 23,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhlizlər vasitəsilə daşınmış yüklərin 59,7%-ni və ya 6 403,7 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

 





17.06.2024    çap et  çap et